...

İlin I yarısında Azərbaycanın dövlət büdcəsinə 5,6 milyard manatdan çox vəsait daxil olub - vergilər naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 12:31 (UTC +04:00)
2011-ci ilin ilk altı ayı ərzində Azərbaycanın dövlət büdcəsinin mədaxili 110,9 faiz yerinə yetirilib.
İlin I yarısında Azərbaycanın dövlət büdcəsinə 5,6 milyard manatdan çox vəsait daxil olub - vergilər naziri

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/

2011-ci ilin ilk altı ayı ərzində Azərbaycanın dövlət büdcəsinin mədaxili 110,9 faiz yerinə yetirilib. Trend-in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Bu barədə çərşənbə günü rəsmi mətbuatda yayılan məlumatda bildirilir.

"Hesabat dövrü ərzində büdcəyə 5 milyard 610,8 milyon manat vəsait daxil olub ki, bunun 2 milyard 564,9 milyon manatı Vergilər Nazirliyinin, 542,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 461 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin olunub", - Məmmədov deyib.

Onun sözlərinə görə, ilin birinci yarısında dövlət büdcəsinin xərcləri 4 milyard 882,1 milyon manat icra edilib.

"Büdcə xərclərinin 30,9 faizi və ya 1 milyard 508,1 milyon manatı sosial yönümlü olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə 152,6 milyon manat və ya 11,3 faiz çox təşkil edib. Təhsil xərclərinə 50,9 milyon manat və ya 9,9 faiz çox vəsait, sosial müdafiə və sosial təminat xərclərinə 62,1 milyon manat və ya 10,2 faizdən çox vəsait yönəldilib", - Məmmədov bildirib.

İyulun 13-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti