...

"Topla! Qazan! Dincəl!" müsabiqəsinin qalibləri "Baltika-Bakı" şirkətindən dəyərli hədiyyələr qazandılar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2011 13:55 (UTC +04:00)
"Xırdalan" ticarət markası özünün 6000-dən artıq istehlakçısına dəyərli mükafatlar təqdim etdi, habelə qapaqlar altındakı - Xırdalan, Dəniz, Dağlar və Günəş simvollarını toplayan beş bəxtəvər isə Lerik bölgəsindəki turizm istirahət mərkəzlərindən birinə səyahət qazandı.
"Topla! Qazan! Dincəl!" müsabiqəsinin qalibləri "Baltika-Bakı" şirkətindən dəyərli hədiyyələr qazandılar (FOTO)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

"Xırdalan" ticarət markası özünün 6000-dən artıq istehlakçısına dəyərli mükafatlar təqdim etdi, habelə qapaqlar altındakı - Xırdalan, Dəniz, Dağlar və Günəş simvollarını toplayan beş bəxtəvər isə Lerik bölgəsindəki turizm istirahət mərkəzlərindən birinə səyahət qazandı. Trend-in məlumatına görə, bu barədə "Baltika-Bakı" pivə zavodunun cümə günü yaydığı məlumatda deyilir.

"Topla! Qazan! Dincəl!" müsabiqəsi may ayının 15-də başlanıb. Müsabiqənin şərtlərinə görə iştirakçılar Xırdalan, Dağlar, Dəniz və Günəş yazıları və təsvirləri olan dörd pivə qapağı toplamalı idilər. Bütün 4 qapağı toplayan iştirakçılar mükafat - Lerik bölgəsindəki istirahət zonalarından birində iki günlük istirahət əldə edirlər. Səyahətlə yanaşı, "Xırdalan" ticarət markasının istehlakçılarına digər ani uduşlar - nərd dəsti, barbekyu dəsti, maykalar, çimərlik pledi və pulsuz qədəhlər təqdim edilir.

"Topla! Qazan! Dincəl!" aksiyası "Xırdalan" ticarət markasının istehlakçılarını həvəsləndirmək üçün nəzərdə tutulub. Biz bilirik ki, bu marka Azərbaycanda pivə istehlakçıları arasında çox məşhurdur, buna görə də birinci il deyil ki, bu cür aksiyalar keçiririk. "Baltika-Bakı" şirkəti gələn il də bu cür reklam aksiyalarını keçirəcək", - zavod direktorunun marketinq üzrə müavini- Şahruh Nizamutdinov bildirib.

Müsabiqə qaliblərindən biri Amil Məcidov bildirib ki, Rusiyanın "Baltika" şirkəti zavodun sahibi olandan sonra "Xırdalan" pivəsi xüsusilə keyfiyyətli olub. "Baltika" şirkəti zavodu aldıqdan sonra keyfiyət kəskin surətdə yaxşılaşmış və yaxşı rəylər qazanmağa başlayıb.

"Əlbəttə ki, müsabiqənin qalibi olmaq da çox xoş idi. Müsabiqə daha müntəzəm istifadə üçün, habelə gələcəkdə də bu cür müsabiqələrdə iştirak etmək üçün əlavə stimul verdi", - Məcidov deyib.

Müsabiqənin digər bir qalibi Hamlet İbrahimov da qeyd edib ki, "Xırdalan" pivəsini Azərbaycanda istehsal olunan digər pivə markaları arasında ən keyfiyyətli hesab edir.

"Mən "Baltika-Bakı" şirkətinin müsabiqə keçirməsi barədə məlumatlandırılmışdım və müsabiqənin qalibi olmaq istəyirdim. Lazım olan bütün qapaqları toplayanda mən sevindim. Mən bütün istehlakçılara Azərbaycanda ən yaxşı sərinləşdirici içki qismində "Xırdalan" pivəsini içməyi məsləhət görürəm", -İbrahimov bildirib.

Müsabiqənin qaliblərindən biri olan Əhmədağa Manafov deyib ki, bu, onun "Xırdalan" ticarət markasından aldığı ilk hədiyyə deyil. "Bu vaxtadək mən artıq "Xırdalan" ticarət markasının təqdim etdiyi digər hədiyyələri - barbekyu dəsti və nərd dəsti qazanmışam. İndi isə mənə Lerikə səyahət mükafatını qazanmaq xoşbəxtliyi nəsib olub, buna görə də mən "Baltika-Bakı" zavoduna öz minnətdarlığımı bildirirəm", - o deyib.

Tələsin, axı "Topla! Qazan! Dincəl!" aksiyası 31 iyul tarixində başa çatır.

"Baltika-Bakı" pivə zavodu Xırdalan şəhərində yerləşir. Zavod 2008-ci ildə "Baltika" şirkəti tərəfindən alınıb və şirkətin tərkibindəki ilk xarici istehsal meydançası və on ikinci zavod olub. 2008-ci ilin mayında "Baltika" şirkəti və Internationales Holding (Eastern) Ltd (BIH Eastern) Xırdalandakı pivə zavodunun alınması barədə müqavilə imzalayıblar. 2009-cu ilin əvvəlindən müəssisə "Baltika-Bakı" adlandırılıb. Hazırda "Baltika-Bakı" şirkətinin istehsal etdiyi pivələr Azərbaycan bazarının 85 faizini əhatə edir.

Xəbər lenti

Xəbər lenti