...

Azərbaycan Avropa depozitarilərinin klirinq və hesablaşma metodologiyasını öyrənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2011 12:19 (UTC +04:00)
Azərbaycanın Milli Depozit Mərkəzinin (MDM) nümayəndələri iyulun 4-8-də Yunanıstanın paytaxtı Afinada keçirilən "Klirinq və hesablaşmaların metodologiyası" mövzusunda treninqdə iştirak ediblər.
Azərbaycan Avropa depozitarilərinin  klirinq və hesablaşma metodologiyasını öyrənib

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Milli Depozit Mərkəzinin (MDM) nümayəndələri iyulun 4-8-də Yunanıstanın paytaxtı Afinada keçirilən "Klirinq və hesablaşmaların metodologiyası" mövzusunda treninqdə iştirak ediblər. Trend-in məlumatına görə, bu barədə MDM-in məlumatında deyilir.

Proqram Avropa komissiyasının TAIEX proqramı tərəfindən, Yunanıstanın Hellenic Exchanges Group (Helex) şikrətinin dəstəyi ilə təşkil edilib. Treninq Yunanıstanın qiymətli kağızlar bazarının strukturu və funksiyaları, Yunanıstan depozitarı, birja və klirinq şirkəti tərəfindən göstərilən xidmətlər, həmçinin klirinq və hesablaşmaların standartları, prosedurları və proqram təminati mövzularını əhatə edib. Səfərin əsas məqsədi mərkəzi depozitarlar və birjalar arasında olan qarşılıqlı əlaqələrin təcrübəsi ilə tanış olma və Avropa depozitarlarının klirinq və hesablaşma metodologiyasının öyrənilməsi idi. Avropa İttifaqında qiymətli kağızlar və pul vəsaitləri ilə əməliyyatları tənzimləyən, Avropa Şurasının klirinq və hesablaşmalara dair qanunvericilik və standartların öyrənilməsinə xüsusi diqqət yetirilib.

Səfərin gedişində iştirakçılar Yunanıstanın mərkəzi depozitar, birja və digər qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə bir sıra görüşlər keçirdilər.

Qiymətli kağızlar bazarının infrastrukturunun inkişafı məqsədi ilə TAIEX proqramı MDM-in layihələrinə fəal dəstək göstərir.

MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Azərbaycan Dövlət Əmlak Komitəsi çıxış edirdi. QKDK-nın yaradılmasından sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti