...

Azərbaycanda növbəti dəfə keyfiyyətsiz dondurmalar məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2011 19:20 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı 200 kiloqramdan çox keyfiyyətsiz dondurma məhv edilib.
Azərbaycanda növbəti dəfə keyfiyyətsiz dondurmalar məhv edilib

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı 200 kiloqramdan çox keyfiyyətsiz dondurma məhv edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Aşkar olunan pozuntularla bağlı dövlət xidməti Tahir Qasımova məxsus şirkətin istehsal etdiyi 200,7 kiloqram keyfiyyətsiz dondurmanın məhv edilməsi barədə göstəriş verib. Məhsul Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Xəbər lenti

Xəbər lenti