...

Аzərbaycanın AER şirkətinə 4,5 tondan çox dondurmanın məhv edilməsi barədə göstəriş verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2011 17:52 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti AER şirkətinə insan orqanizmi üçün təhlükəli 4555 kq dondurmanın məhv edilməsi barədə göstəriş verib.
Аzərbaycanın AER şirkətinə 4,5 tondan çox dondurmanın məhv edilməsi barədə göstəriş verilib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti AER şirkətinə insan orqanizmi üçün təhlükəli 4555 kq dondurmanın məhv edilməsi barədə göstəriş verib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

İstehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Nağıl", "Zimuşka Zima", "Plombir spark", "Plombir", "Bir cənub şəhərində", "Royal" və "Plombir fındıqlı" adlı dondurmalarda turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu, "Yasif", "Venera", "Cornello" və "Futik" adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu, "Lyubimım", "Eskimo Maqnuliya", "Nyu-York" adlı dondurmalarda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox və S.aureus bakteriyalarının (stafilokok) olduğu, plastmas qablaşdırmada olan 500 qr-lıq plombir dondurmasında isə turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox olduğu aşkar edilib.

Xəbər lenti

Xəbər lenti