...

ABB-Moskva 1,32 milyard rubl məbləğində sindikatlaşdırılmış kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2011 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

"Azərbaycan Beynəlxalq Bankı-Moskva" iyulun 22-də 1,32 milyard rublun bir il müddətinə cəlb edilməsi üzrə ilk rubl klub sövdələşməsini bağlayıb. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Klub krediti üzrə faiz dərəcəsi illik 9,5 faiz təşkil edib. Cəlb edilən vəsaitlər ticari əməliyyatların maliyyələşdirilməsinə yönəldiləcək.

Səlahiyyətli təşkilatçı, bukranner, iştirakçı bank və agent bank kimi "Qazprombank", sənədləşmə üzrə səlahiyyətli təşkilatçı, bukranner, iştirakçı bank və agent kimi "MDM Bank" ASC, səlahiyyətli təşkilatçı, bukranner və iştirakçı bank kimi "BANK URALSİB" ASC çıxış edib.

Kredit "ABB-Moskva"nın 2010-cu ildə 2011-2015-ci illər üçün qəbul etdiyi yeni strategiyanın həyata keçirilməsi çərçivəsində cəlb edilib. Bank 5 il ərzində Rusiyanın aktivlərin və şəxsi vəsaitlərin cəlb edilməsi üzrə TOP-100-ə daxil olmağı planlaşdırılır.

Bu vəzifənin həyata keçirilməsi üçün "ABB-Moskva" nizamnamə kapitalının təkcə 2011-ci ildə 2 milyon rubladək artırılması üzrə fəal iş aparır. Nizamnamə kapitalının artırılması banka sindikatlaşdırılmış (klub) sövdələşmələri çərçivəsində banklararası kerditlərin cəlb edilməsi üzrə sövdələşmələrin sayını və həcmini xeyli artırmağa imkan verəcək.

"ABB-Moskva" 2002-ci Azərbaycan Beynəlxalq Bankının 100 faizlik törəmə strukturu kimi yaradılıb. "ABB-Moskva" Rusiyanın iri baklarının Top-150-nə daxil olan universal bankdır.

2011-ci il yanvarın 1-nə "ABB-Moskva"nın beynəlxalq maliyyə hesabatlılığı standartları üzrə aktivləri 17 767,8 milyard rubl, kredit portfeli 11 milyard 824,9 milyon rubl, şəxsi kapitalı 1 milyard 123,9 milyon rubl təşkil edib. Bankın şəbəkəsinin Moskva, Sankt-Peterburq və Yekaterinburqda 12 satış ofisi var.

Xəbər lenti

Xəbər lenti