...

Azərbaycan bankı "Bank of Baku" sonuncu nümunəvi müştərini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2011 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Azərbaycan bankı "Bank of Baku" 5 avqust 2011-ci il tarixində "Nümunəvi Müştəri" adlı həvəsləndirici kampaniyasının sonuncu, 12-ci uduşunu keçirib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda "Bank of Baku"da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 81 456 müştərinin xüsusi identifikasiya kodu iştirak edirdi.

Kompüterin təsadüfi seçimi vasitəsi ilə 1 qalib kredit müştərisi - "Meyvəli" MMC-də çalışan Məmmədova K.M. " Bank of Baku"dan 1000 manat məbləğində pul mükafatı qazandı.

Əsas qalib Məmmədova K.M. ilə yanaşı bank 200 AZN qazanan digər 5 qalib-müştərisini də müəyyən etdi: 1) Comərdov V., 2) Məmmədov C., 3) Nəcəfov F., 4) Məmmədov Q., 5) Əhmədov T.

Xatırladaq ki, "Nümunəvi Müştəri" adlı uduş kampaniyası 2008-2009-cu illərdə müştərilər arasında populyarlıq qazananmışdı. "Bank of Baku" daim öz müştərilərinin qayğısına qalır, məsuliyyət və vaxtında aparılan ödənişlərə görə onları yüksək qiymətləndirir və minnətdarlıq nişanəsi olaraq 2010-cu ildə "Nümunəvi Müştəri" adlı kampaniyasını davam etdirməyə qərara gəldi.

Tirajdan tiraja aktiv kreditləri olan və ödənişləri vaxtında həyata keçirən müştərilərin sayı artaraq 44 006-dan 81 456-ya çatdı. Kampaniya çərçivəsində bankın 12 Nümunəvi Müştərisinin hər biri 1000 manat, 60 müştərinin hərəsi isə Bank of Baku-dan 200 manat məbləğində pul mükafaı qazanıb. Onu da qeyd edək ki, 1000 manat qazanan müştərilər arasında Bank of Baku-nun regional filiallarında xidmət olunan müştərilər də var: Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Xaçmazdan.

Kampaniya 5 avqust 2010 - 5 avqust 2011-ci il tarixləri arasında keçirilirdi, uduşlar hər ayın ilk həftəsinin son iş gününə təsadüf edirdi. "Nümunəvi Müştəri" kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönləndirilmişdir.

"Bank of Baku"-nun kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək əldə etmək olar .

Xəbər lenti

Xəbər lenti