...

"Akkord" Korporasiyası hər bir sahədə münasibətlərini hüquq müstəvisində qurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2011 15:38 (UTC +04:00)
Avqustun 14-də bəzi Kütləvi İnformasiya Vasitələrində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Qazax rayonunun Daşsalahlı kəndində inşa etdirdiyi sement zavodunun sabiq işçilərindən birinin zavodun qarşısında ictimai asayişi pozması və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat dərc edilmişdi.
"Akkord" Korporasiyası hər bir sahədə münasibətlərini hüquq müstəvisində qurur

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Avqustun 14-də bəzi Kütləvi İnformasiya Vasitələrində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Qazax rayonunun Daşsalahlı kəndində inşa etdirdiyi sement zavodunun sabiq işçilərindən birinin zavodun qarşısında ictimai asayişi pozması və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat dərc edilmişdi.

Belə ki, zavodun sabiq işçilərindən biri Sement Zavodunun giriş qapısına gələrək, zavoda daxil olmaq istəmiş, mühafizəçilər onu buraxmadıqda o, zavodun giriş qapısının qarşısında dayanaraq nalayiq söyüşlər etmiş, mühafizə xidmətinin əməkdaşlarını münaqişəyə təhrik etmişdir. Baş verə biləcək hər-hansı münaqişənin qarşısını almaq üçün əraziyə nəzarət edən mühafizə xidmətinin əməkdaşları qanunun tələblərinə uyğun tədbir görülməsi üçün Qazax Rayon Polis Şöbəsinə məlumat vermişdir. Nəticədə həmin şəxs saxlanılmış və barəsində müvafiq cəza tədbiri görülmüşdür.

Həmin məlumatda Korporasiyanın fəaliyyətinə kölgə salan fikir də formalaşdırılmağa cəhd edilmişdir ki, guya işçilər kütləvi surətdə işdən azad edilirlər. Bu fikir tam olaraq yanlış və qərəzlidir.

Qeyd edək ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC korporativ idarəetmə standartlarının tətbiqini davam etdirməklə yeni təşkilati idarəetmə strukturunun formalaşdırılmasını başa çatdırmışdır. Yeni strukturda Səhmdarların Ümumi Yığıncağının, Direktorlar Şurasının, İdarə Heyətinin, Audit Komitəsinin, Risklərin İdarəedilməsi Komitəsinin və digər struktur vahidlərinin fəaliyyət qaydaları əsasnamələrə və qaydalara müvafiq həyata keçirilməklə korporativ idarəetmə standartlarına uyğunlaşdırılmışdır. Eyni zamanda "Akkord" Korporasiyası dünyanın aparıcı reytinq agentlikləri ilə reytinqin alınması üçün danışıqlara başlamış və 2011-ci ilin sonunadək reytinqin alınması planlaş­dırıl­mışdır. Reytinqin alınması prosesində digər amillərlə yanaşı "Akkord" Korporasiyasında işəgötürənin siyasətləri qiymətləndiriləcək

Bu gün "Akkord" Korporasiyasında yerli və beynəlxalq layihələr də daxil olmaqla 5000-ə yaxın işçi çalışır. Təkcə son 2 ayda 1000 nəfərdən yuxarı işçi işə qəbul edilmişdir. Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ukraynada keçirilən dövlət tenderlərinin qalibi olan "Akkord" Korporasiyası hər bir sahədə münasibətlərini, o cümlədən işəgötürən-işçi münasibətlərini hüquq müstəvisində qurur.

Xəbər lenti

Xəbər lenti