...

Bank of Baku-nun müştəriləri Ramazan bayraminda kredit üzrə ödənişlərini həyata keçirə biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2011 10:48 (UTC +04:00)
Bank of Baku ASC Azərbaycan xalqını qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir və bayram ilə əlaqədar elan olunan qeyri-iş günlərində əhaliyə xidmət göstərməkdə davam edəcəyini bildirir.
Bank of Baku-nun müştəriləri Ramazan bayraminda kredit üzrə ödənişlərini həyata keçirə biləcəklər

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Bank of Baku ASC Azərbaycan xalqını qarşıdan gələn Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir və bayram ilə əlaqədar elan olunan qeyri-iş günlərində əhaliyə xidmət göstərməkdə davam edəcəyini bildirir.

Beləliklə, 29, 30 və 31 avqust tarixlərində bankın Xəqani, 2/Mərdanov qardaşları, 8, ünvanında yerləşən "Xəqani" filialında quraşdırılan Cash-in ödəniş aparatları vasitəsilə səhər saat 9:00-dan axşam saat 19:00-dək ödənişlərin qəbul edilməsi təşkil olunacaq. Müştərilərin rahatlığını təmin etmək və vaxtına qənaət etmək məqsədilə Bank of Baku-nun Cash-in ödəniş köşkləri vasitəsilə hər hansı bir ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hal-hazırda, Cash-in ödəniş köşkləri əhaliyə istehlak kreditləri və AvirTel İnternet xidmətinin ödənilməsi, həmçinin cari hesabların artırılması sahəsində xidmət göstərir.

Ödənişləri həmçinin "Park Bulvar" Ticarət mərkəzində yerləşən Cash-in (saat 10:00-dan 22:00-dək) və Bank of Baku-nun Atatürk pr., 42, ünvanında fəaliyyət göstərən Baş İdarəsinin önündə təzəlikcə quraşdırılan Cash-in ödəniş köşkü vasitəsilə də həyata keçirmək mümkündür.

Əlavə olaraq, kredit üzrə ödənişləri telefon vasitəsilə və onlayn rejimdə aparmaq olar. Beləliklə, artıq 1 ildir ki, Bank of Baku-da Azərbaycan bank bazarında analoqu olmayan "Telefon Bankçılıq - 145" növbəsiz ödənişlər xətti müştərilərin xidmətindədir. Xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt kredit ödənişlərini istənilən telefonla həyata keçirə və hesabları barədə məlumat ala bilərlər. Bunun üçün isə sadəcə istənilən telefon (mobil və ya şəhər), Bank of Baku-nun təqdim etdiyi müştəri kodu (müştəri kodu kreditin ödənişi zamanı bankın eksperti tərəfindən müştəriyə verilir) və istənilən plastik kart sahibi olmaq kifayətdir.

Onlayn ödənişləri isə İnternet vasitəsilə https://www.e-bankofbaku.com/creditpayment.jsp Onlayn Kredit Ödənişi internet səhifəsinə daxil olub həyata keçirmək olar.

Qeyd etmək lazımdır ki, bayram günlərində aparılan bütün əməliyyatlar (Cash-in ödənişləri daxil olmaqla) 01.09.2011-ci il tarixli əməliyyat günü ilə bank proqramında əks olunacaqdır. Beləliklə, adi günlərlə yanaşı, bayram ərzində də əhalinin xidmətində olan Bank of Baku bir daha sübut edir ki, həyatın hər anında daim öz müştərilərini düşünür və "Sizə yaxın bankçılıq!" şüarına əməl edir.

Bank of Baku-nun fəaliyyəti və xidmətləri, o cümlədən, xidmət keyfiyyətinin artırılmasının yeni növləri haqqında daha ətraflı məlumatı b ankın M əlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək əldə etmək olar .

Xəbər lenti

Xəbər lenti