Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı ümumi çəkisi 180 kq-a yaxın olan istehlaka yararsız mallar aşkar edilərək satışdan çıxarılıb.
Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakının Xətai və Binəqədi rayonlarında, Ağstafa və Quba şəhərlərində, eləcə də Füzuli və Ağdaş rayonlarında keçirilən monitorinqlər zamanı ümumi çəkisi 180 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.