...

Azərbaycan və Rusiya Samur çayı üzərindəki körpünün yenidən qurulması barədə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2011 19:57 (UTC +04:00)
Azərbaycan və Rusiya transsərhəd Samur çayı üzərindəki körpünün birgə yenidən qurulması barədə razılığa gəliblər.
Azərbaycan və Rusiya Samur çayı üzərindəki körpünün yenidən qurulması barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan və Rusiya transsərhəd Samur çayı üzərindəki körpünün birgə yenidən qurulması barədə razılığa gəliblər. Bu barədə cümə günü Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib.

"Uzun danışıqlardan sonra körpünün tikintisinin bərabərlik əsasında maliyyələşdirilməsi razılaşdırılıb", - Məmmədov deyib.

Lakin o, layihənin dəyərini barədə məlumat verməyib.

Onun sözlərinə görə, Rusiya dövlət sərhədinin təşkil edilməsi üzrə Federal Agentliyin sədr müavini Boris Xaytoviçin kollegiya iclasında Rusiya-Azərbaycan sərhədində heç bir tərəfə məxsus olmayan bir körpünün aşkar olunmasına dair bəyanatı doğru deyil.

Məmmədov deyib ki, həmin körpü elə Samur çayı üzərində pis vəziyyətdə olan, amma işlək körpüdür.

İTAR-TASS-ın bildirdiyinə görə, Xaytoviç deyib ki, körpü Dağıstandakı "Yaraq-Qazmalar" çoxtərəfli avtomobil buraxılış məntəqəsindən bir az aralıda aşkarlanıb.

RF Prezidenti Dmitri Medvedev iyun ayının sonunda Moskva ilə Bakı arasında müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb. Müqavilə Rusiya, Azərbaycan və Gürcüstanın dövlət sərhədlərinin qovuşuğundan Xəzər dənizinə qədər quru sərhədlərin qarşılıqlı keçmə xətlərinin möhkəmləndirilməsini nəzərdə tutur. Həmin bu xətt keçmiş Dağıstan MSSR və Azərbaycan SSR arasındakı inzibati sərhəd ilə uyğun gəlir.

Müqavilənin Bakıda 3 sentyabr 2010-cu ildə imzalanması ilə Rusiya Azərbaycan ilə dövlət sərhədləri haqqında müqavilə imzalayan ilk dövlət olub.

Rusiya ilə Azərbaycan arasındakı quru sərhəddinin uzunluğu 284 kilometrdir.

Rusiya və Azərbaycan tərəfləri 2010-cu ildə imzalanmış transsərhəd Samur çayının suyundan məqsədyönlü istifadə və onun su mənbəyinin qorunması sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin qüvvəyə minməsi ilə bu müqavilənin həyata keçirilməsinin sinxronlaşdırılmasını razılaşdırıblar.

Xəbər lenti

Xəbər lenti