...

Monitorinqlər Azərbaycan məktəblərində təmir işlərinin sürətləndirilməsinin vacibliyini göstərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 16:39 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yeni tədris ilinədək müasir standartlara uyğun təhsil obyektlərinin istifadəyə verilməsi üçün aparılan işlərin daha da sürətləndirilməsinin vacibliyini qeyd edir.
Monitorinqlər Azərbaycan məktəblərində təmir işlərinin sürətləndirilməsinin vacibliyini göstərib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yeni tədris ilinədək müasir standartlara uyğun təhsil obyektlərinin istifadəyə verilməsi üçün aparılan işlərin daha da sürətləndirilməsinin vacibliyini qeyd edir.
Tren-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyində cari ilin iyul-avqust ayalrında Bakı şəhərindəki təhsil müəssisələrində aparılan monitorinqlərin yekunlarına həsr olunmuş iclasda bildirilib. İclas dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

"İclasda məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinqlərin nəticələri müzakirə olunub, qarşıya çıxan məsələlərin vaxtında həll edilməsi və yeni tədris ilinədək müasir standartlara uyğun təhsil obyektlərinin istifadəyə verilməsi üçün aparılan işlərin daha da sürətləndirilməsinin vacibliyi vurğulanıb", - məlumatda deyilir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın əsas məqsədlərindən biri də müasir sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) tikilməsi və ya beynəlxalq standartlara uyğun yenidən qurulmasıdır. Hazırda Bakıda və onun qəsəbələrində 110-dan çox məktəb və məktəbəqədər təhsil müəssisələrində tikinti, bərpa və təmir işləri aparılır. Yeni tədris ilinə hazırlıqla əlaqədar İqtisadi İnkişaf Nazirliyində yaradılmış monitorinq qrupları tərəfindən bu müəssisələrdə monitorinqlər keçirilir.

Xəbər lenti

Xəbər lenti