...

Bakıda ERRA çərçivəsində enerji tariflərinin tənzimlənməsi məsələləri müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 14:17 (UTC +04:00)
Sentyabrın 22-23-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA - Energy Regulators Regional Association) sədrlər toplantısı və Qiymətəmələgəlmə və tariflər üzrə komitəsinin illik iclası keçiriləcək . Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən bildirilib.
Bakıda ERRA çərçivəsində enerji tariflərinin tənzimlənməsi məsələləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 22-23-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA - Energy Regulators Regional Association) sədrlər toplantısı və Qiymətəmələgəlmə və tariflər üzrə komitəsinin illik iclası keçiriləcək . Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən bildirilib.

"İclasda sədrlər toplantısı və Komitə iclasında ERRA-nın Strateji Planlaşdırma işçi qrupunun hesabatı, enerji sahəsində tənzimləmə məsələləri və problemləri barədə məlumatlar dinləniləcək və müzakirələr aparılacaq", - məlumatda deyilir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının da üzv olduğu ERRA Mərkəzi Avropa, Avrasiya və ABŞ-ın tənzimləyici qurumlarının birliyi kimi 2001-ci ildə yaradılıb.

Təşkilatın vəzifələri üzv ölkələrin tənzimləyici qurumlarının dəstəklənməsi, informasiya və təcrübə mübadiləsinin asanlaşdırılması, elmi tədqiqat və praktiki bilik səviyyəsinin artırılması, o cümlədən tədris-təhsil və texniki sahələrdə əməkdaşlığın təşviqidir.

Xəbər lenti

Xəbər lenti