...

"Texnikabank" yüksək nəticələr əldə etmiş tələbələrə qiymətli hədiyyələr təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2011 17:06 (UTC +04:00)
"Texnikabank" ASC Bilik Günü münasibətilə Qafqaz Universitetində keçirilən təntənəli mərasimdə yaxından iştirak edib.
"Texnikabank" yüksək nəticələr əldə etmiş tələbələrə qiymətli hədiyyələr təqdim edib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

"Texnikabank" ASC Bilik Günü münasibətilə Qafqaz Universitetində keçirilən təntənəli mərasimdə yaxından iştirak edib.

"Bank Qafqaz Universiteti ilə bağlanmış əməkdaşlıq müqaviləsinə sadiq qalaraq hər il olduğu kimi, bu il də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının respublikamızın ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında daha yüksək nəticələr əldə etmiş tələbələrin, onların valideynlərinin, eyni zamanda, təhsilimizin inkişafında əməyi olan hər kəsin iştirak etdiyi, artıq yüksək nailiyyətlərə imza atmış bu təhsil ocağında təşkil olunmuş tədbirə qatılan ən yüksək bal qazanmış dörd tələbənin hər birinə hədiyyə olaraq noutbuk təqdim edib", - bankdan Trend-ə verilən məlumatda deyilir.

"Texnikabank" davamlı olaraq universitetdə keçirilən seminarlarda, elmi konfranslarda və müxtəlif tədbirlərdə iştirak edir, təhsilin inkişafı, elmi təcrübənin artması istiqamətində əməli tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti