...

"Atəşgah Həyat" "BP-Azerbaijan"ın sığortaçısı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2011 19:49 (UTC +04:00)
"BP-Azerbaijan" şirkətinin əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığortaçısı müəyyənləşib.
"Atəşgah Həyat" "BP-Azerbaijan"ın sığortaçısı olub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

"BP-Azerbaijan" şirkətinin əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığortaçısı müəyyənləşib.

"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" sığorta şirkəti "BP-Azerbaijan"ın elan etdiyi tenderin qalibi olub. Bu barədə çərşənbə günü Trend-ə sığorta şirkətindən məlumat verilib.

2010-ci ilin dekabrından tətbiq olunan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq, Azərbaycanın ilk həyat sığorta şirkəti olan "Atəşgah Həyat" bu xidmətlər üçün lisenziyaya malikdir.

"Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. Şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, eləcə də kommersiya təşkilatları - ISR Holding və RAN-Eksimdir.

"Atəşgah Həyat" ASC SŞ "Atəşgah" ASC SŞ və "İntermed" Tibb Klinikası ilə birgə "Atəşgah" Sığorta Qrupuna daxildir.

2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SŞ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 15,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib.

Şirkət müştərilərinə 30-dən çox sığorta növü üzrə xidmət göstərir.

Sentyabrın 21-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti