...

Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Azərbaycana gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2011 18:42 (UTC +04:00)
Sentyabrın 28-də Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendrinin Azərbaycana rəsmi səfəri başlayır.
Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Sentyabrın 28-də Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendrinin Azərbaycana rəsmi səfəri başlayır.

Sənaye və Energetika Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Çarlz Hendrinin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşü keçiriləcək. Görüşdə iki ölkə arasında enerji sahəsində əmakdaşlıq məsələləri müzakirə olunacaq, bu sahədə əlaqələrin perspektivinə dair fikir mübadiləsi aparılacaq.

Qonaq səfər çərçivəsində Səngəcal terminalına baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti