...

Azərbaycanda ipoteka kreditləşməsinin həcmi 318 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2011 12:29 (UTC +04:00)
Bu ilin yanvar-sentyabrında Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 68,8 milyon manat məbləğində ipoteka krediti verilib.
Azərbaycanda ipoteka kreditləşməsinin həcmi 318 milyon manatı ötüb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir N.İsmayılova/

Bu ilin yanvar-sentyabrında Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 68,8 milyon manat məbləğində ipoteka krediti verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AİF-in statistik hesabatında deyilir.

Sentyabrda 7,5 milyon manat kredit verilib.

AİF xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2011-ci il oktyabrın 1-dək 318,7 milyon manat məbləğində ipoteka krediti verilib.

Doqquz ay ərzində bundan əvvəl bankların verdiyi kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 50,6 milyon manat təşkil edib. İlin əvvəlindən 2011-ci il dövlət büdcəsində sosial ipotekanın maliyyələşməsi üçün nəzərdə tutulan 20 milyon manatdan 15,4 milyon manatı artıq ayrılıb.

Adi ipoteka istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına maliyyələşdirilir. Yanvar-sentyabr aylarında AİF 60 milyon manat məbləğində istiqraz yerləşdirib.

Gənclərin və gənc ailələrin payına verilən ümumi kreditlərin (borcalanların 41 faizi 18-29 yaşda, 31 faizi isə 30-35 yaşda olub) 72 faizi düşür. Kreditlərin 28 faizi 36 yaşdan yuxarı borcalanların payına düşür.

Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.

Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbiçilərə şamil edilir.

Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər. Hazırda İpoteka Fondunun 23 müvəkkil bankı var.

Oktyabrın 5-nə olan rəsmi məzənnə 0, 7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti