...

Azərbaycanda vergi orqanlarına şikayətlərin sayı azalıb - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2011 17:45 (UTC +04:00)
2011-ci ilin doqquz ayı ərzində Azərbaycanın vergi orqanlarına vətəndaşlardan 38 743 müraciət daxil olub.
Azərbaycanda vergi orqanlarına şikayətlərin sayı azalıb - nazir müavini

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

2011-ci ilin doqquz ayı ərzində Azərbaycanın vergi orqanlarına vətəndaşlardan 38 743 müraciət daxil olub. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov cümə günü dərc olunan "Bakı fəhləsi" qəzetinə verdiyi müsahibədə bildirib.

"Onların 97,37 faizini ərizə, 2,56 faizini şikayətlər təşkil edir, 0,07 faizi isə vergi orqanlarının işini təkmilləşdirmək üçün göndərilən təkliflərdir. 43,56 faiz ərizələr bu və ya digər soraq informasiyanın alınması ilə bağlıdır", - nazir müavini deyib.

Ələkbərov bildirib ki, müraciətlərin 78,85 faizi tam və ya qismən təmin edilib, yalnız 5,99 faizi əsassız olub.

O, həmçinin nazirliyə daxil olan şikayətlərin sayının azaldığını qeyd edib.

"Bu ilin sona çatan dövrü ərzində ölkənin istənilən yerindən, eləcə də mobil telefonlardan nazirliyin "195" nömrəli soraq xidmətinə 189 058 müraciət edilib", - nazir müavini bildirib.

Nazirliyin rəsmi saytına (www.taxes.gov.az) daxil olanların sayı isə 2 131 524 olub.

"Nəzərə alsaq ki, hazırda ölkədə 387 min vergiödəyici qeydiyyatdan keçib, əminliklə demək olar ki, vergiödəyicilərlə əlaqə yaradılıb", - Ələkbərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti