...

"Bank Standart" yeni kart məhsulları seriyasını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 17:33 (UTC +04:00)
"Bank Standard" tələbə, gənclər və müəllimlər üçün hazırlanmış yeni xüsusi kart məhsulları seriyasını təqdim edib.
"Bank Standart" yeni kart məhsulları seriyasını təqdim edib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Bank Standard" tələbə, gənclər və müəllimlər üçün hazırlanmış yeni xüsusi kart məhsulları seriyasını təqdim edib.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, yeni məhsullar MasterCard Standard bazasında "Beynəlxalq tələbə eyniləşdirmə kartı" (ISIC), "Beynəlxalq gənclər eyniləşdirmə kartı" (IYTC) və "Beynəlxalq müəllim eyniləşdirmə kartı" (ITIC) proqramları ilə birgə layihə çərçivəsində hazırlanıb.

"Bank Standard" tərəfindən buraxılan bu yeni kartlar "ISIC", "IYTC" və "ITIC" beynəlxalq vəsiqələrin bütün xüsusiyyətlərini və üstünlüklərini qoruyacaq. Bu üstünlüklərin arasında dünyanın 120 ölkəsində təqdim olunan on minlərlə endirim, təyyarə biletlərinə sanballı endirimlər, habelə tələbə, gənclər və müəllimlər üçün xaricdə təqdim olunan müxtəlif güzəştlər (muzey, teatr, nəqliyyat) mövcuddur. "ISIC", "IYTC" və "ITIC" kartları dünyanın əksər ölkələrində sahibinin şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul olunur.

Eyni zamanda, "Bank Standard"ın təşəbbüsü ilə həyata keçirilmiş bu birgə layihə həmin kartların unikal xüsusiyyətlərinin siyahısına ödəmə aləti funksiyasını da əlavə edir. Bundan savayı, "Bank Standard" bu kartlardakı olan gündəlik vəsait qalıqlarına illik 10 faizi kimi yüksək faiz gəliri də əlavə edir. Beləliklə, "ISIC-Standard", "IYTC-Standard" və "ITIC-Standard" kartlarının sahibləri bu kartları həm ölkə daxilində, həm də xaricdə sərbəst istifadə edərək müxtəlif endirim və güzəşt ala, mal və xidmətlərin qiymətini ödəyə bilərlər. Bununla yanaşı, kart sahibləri əlavə faiz gəliri alacaqlar. Nəhayət, kartın alınmasından 6 ay keçdikdən sonra müştəri ötən müddət ərzində kartla apardığı əməliyyatların həcmindən asılı olaraq kredit almaq üçün də banka müraciət edə bilər.

"ISIC-Standard" və ya "ITIC-Standard" kartı almaq üçün banka şəxsiyyət vəsiqəsini və tələbə (aspirant), ya da müəllim statusunu təsdiq edən sənədi təqdim etmək kifayətdir. "IYTC-Standard" kartı isə 26 yaşını doldurmamış şəxslərə sadəcə şəxsiyyət vəsiqəsi əsasında verilir. Bütün sadalanan kartların istehsalı üçün şəxsi fotoşəkil tələb olunur.

Kartlar 12 ay müddətinə Azərbaycan manatı və ya ABŞ dolları valyutalarında verilir.

Kartların qiymətləri:

- Müəllimlər üçün "ITIC-Standard" kartı - 20 AZN/USD
- Tələbə və aspirantlar üçün "ISIC-Standard" kartı - 15 AZN/USD
- 26 yaşına qədər gənclər üçün "IYTC-Standard" kartı - 15 AZN/USD

Xəbər lenti

Xəbər lenti