...

Almatıda Türkdilli Dövlətlərin İşçi Şurası yaradıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2011 15:45 (UTC +04:00)

Qazaxıstan, Almatı, 20 oktyabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Cümə axşamı Almatıda Türkdilli Dövlətlərin İşçi Şurası yaradılıb. Mövcud müqavilə Almatıda keçirilən türkdilli ölkələrin İşçi Şurasının I iclasında və biznes forumu çərçivəsində imzalanıb.

Tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstanın işgüzar dairələri iştirak edib. Azərbaycanı forumda 40-dan çox iş adamı təmsil edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Xəlil Akınçının sözlərinə görə, İşçi Şurasının yaradılması tarixi məqamdır.

"Türkdilli dövlətlər arasında ticarət əlaqlərinin inkişafı üçün mövcud maneələr aradan qaldırilmalıdır. İşçi Şurasının vəzifələrinə türkdilli dövlətlər arasında olan maneələrin aradan qaldırılması daxil olacaq", - o deyib.

Milli İqtisadi Palatanın idarə heyətinin sədri Ablay Mırzaxmetovun sözlərinə görə, tədbir iştirakçılarının əsas məqsədi milli biznesin genişlənməsi və inkişafı üçün yeni yolların açılmasıdır.

İşçi Şurasının əsas vəzifəsi özəl sektorun institusionallaşdırılması, arbitrajın yaradılması, nəqliyyat sahəsində və gömrük məsələlərində münasibətlərin inkişafı və inkişaf üzrə agentliyin yaradılmasıdır.

Türkdilli ölkələrin İşçi Şurasının I iclası və biznes forumu TDƏŞ-in I sammiti çərçivəsində oktyabrın 20-21-də Almatıda keçirilir.

Xəbər lenti

Xəbər lenti