...

Azərbaycan Mərkəzi Bankı əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması üzrə sığortaçıları müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2011 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend, müxbir N.İsmayılova /

Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üzrə elan edilmiş tenderin qaliblərini müəyyən edib. Trend-in məlumatına görə, bu barədə cümə günü AMB-nin məlumatında deyilir.

Tender Komissiyasının 13 oktyabr 2011-ci il tarixli qərarı ilə əsas vəsaitlərin və nağd pulun sığortalanması üzrə "Azərbaycan-Sənaye Sığorta" ASC, nəqliyyat vasitələrinin sığortalanması üzrə "Paşa Sığorta" ASC tenderin qalibi elan edilib. Onlarla artıq müvafiq müqavilələr imzalanıb.

Bundan əvvəl Mərkəzi Banka balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üzrə təkcə "Pasha Sigorta" xidmətlər göstərirdi. "Pasha Sigorta" "Pasha Holding" qrupunun üzvüdür və sığortanın 30 növü üzrə Bakıdakı mərkəzi ofisi, Sumqayıt və Xırdalandakı xidmət şöbələri vasitəsilə korporativ və fərdi müştərilərə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti