...

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 1,1 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 18:03 (UTC +04:00)
Bu ilin aprel-sentyabr aylarında Azərbaycan Beynəlxalq Bankında (ABB) əhalinin əmanətləri 128 milyon manat təşkil edib.
Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 1,1 milyard dolları ötüb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir N.İsmayılova/

Bu ilin aprel-sentyabr aylarında Azərbaycan Beynəlxalq Bankında (ABB) əhalinin əmanətləri 128 milyon manat təşkil edib. Bu barədə bazar ertəsi Trend-ə bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, hazırda bankda əhalinin əmanətləri 1,125 milyard dollara çatır.

Əvvəlcə verilən məlumata görə, 2011-ci ilin birinci yarısının yekunlarına əsasən, ABB-nin aktivləri 4,951 milyon manat təşkil edib. Kredit portfelinin həcmi 3,153 milyon manat səviyyəsində olub. Bu, kredit bazarının təxminən 39 faizini təşkil edir. İyulun birinə olan məlumata əsasən, fiziki şəxslərin vəsaitlərinin ümumi həcmi 810 milyon manatı üstələyib. Bankın müştərilərinin aktiv kartlarının sayı 1,8 milyon ədədi ötüb. Bu, ölkənin kart bazarının 40 faizindən çoxunu təşkil edir. 600-dən çox bankomat və 3613 POS-terminal quraşdırılıb.

ABB 1992-ci ildə "Vneşekonombank"ın Azərbaycan şöbəsinin varisi qismində yaradılıb.

ABB ölkənin bank sektorunda dominant vəziyyəti tutur. Bankın nizamnamə kapitalında dövlətin payı 50,2 faiz təşkil edir, digər paylar isə hüquqi və fiziki şəxslər arasında bölüşdürülüb.

Oktyabrın 31-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti