...

BVF Azərbaycanın ortamüddətli büdcə planlaşdırmasına keçidini dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2011 20:11 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın illik büdcə planlaşdırmasından ortamüddətliyə keçməsini dəstəkləyir.
BVF Azərbaycanın ortamüddətli büdcə planlaşdırmasına keçidini dəstəkləyir

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın illik büdcə planlaşdırmasından ortamüddətliyə keçməsini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun ölkə üzrə missiyasının rəhbəri, Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentində (MCD) şöbə direktorunun müavini Nədim İlahi Bakıda keçirilən mətbuat konfransında deyib.

BVF-in missiyası oktyabrın 20-dən noyabrın 2-dək Azərbaycan hökuməti ilə "BVF-in yaradılması haqqında" sazişin IV maddəsı üzrə məsləhətləşmələr aparmaq üçün Bakıdadır. Məsləhətləşmələr daimi əsasda hər il aparılır.

"Azərbaycan hökuməti Fondun missiyası ilə keçirilən cari görüşlər çərçivəsində bu istiqamətdə niyyətlərini təsdiqləyib. Biz bu qərarı alqışlayırıq, büdcə parametrlərinin proqnozlaşdırılması dövrünün üç ilə və ya beş ilə seçilməsi isə hökumət tərəfindən edilməlidir", - İlahi deyib.

BVF missiyasının rəhbəri hesab edir ki, "2012-ci il üzrə dövlət büdcəsi layihəsi"ndə nəzərdə tutulan büdcənin geniş miqyaslı yayılması iqtisadiyyatın və inflyasiyanın qızmasına gətirib çıxara bilər. Belə ki, 2011-ci ilin sonunda qeyri-neft sektorunda istehsalın öz potensial səviyyəsinə çatacağı gözlənilir.

İlahinin sözlərinə görə, iqtisadi siyasəti hazırlayarkən əsas diqqəti sabit büdcənın dəstəyinə yönəltmək lazımdır.

"Büdcə layihəsində nəzərdə tutulan göstərici ilə müqayisədə qeyri-karbohidrogen kəsirinin həcminin xeyli azlığı resursların mənimsənilməsi üzrə iqtisadiyyatın imkanlarına uyğun gələ, makroiqtisadi sabitliyin qorunması vəzifələrinə cavab verə, eyni zamanda, əsas investisiya xərclərinin həyata keçirilməsi üçün imkanı təmin edə bilər", - İlahi deyib.

"Ortamüddətli büdcə birləşməsinə keçilməsi üzrə dövlət orqanları tərəfindən qəbul edilən dəqiq öhdəliklər karbohidrogen sərvətindən bütün nəsillərin xeyrinə daha səmərəli istifadə etməyə imkan verə bilər", - İlahi bildirib.

Onun sözlərinə görə, biznes mühitinin yaxşılaşdırılması və qoruyucu faktorların idarə edilməsi ilə bağlı ləğv etmə özəl sektorun iqtisadi artıma kifayət edən mühərrikə çevrilməsi və yeni iş yerlərinin açılması üçün lazımi şəraitdir.

"Valyuta Fondunun missiyası rəqabəti inkişaf etdirməyi və ticarət maneələri ilə bağlı məsələləri həll etməyi, eləcə də dövlət investisiya xərclərinin keyfiyyətini artırmağı tövsiyə edir. Bununla yanaşı, son zamanlar korrupsiya ilə mübarizədə müəyyən uğurlar əldə edilib, həmin sahədə kompleks yanaşma əsasında gələcəkdə cəhd göstərməyi gücləndirmək tələb olunur", - İlahi deyib.

Xəbər lenti

Xəbər lenti