...

Azərbaycan Maliyyə Nazirliyi dövlət strukturlarına qeyri-profilli aktivlərdən imtina etməyi tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2011 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi ARDNŞ-nin timsalında dövlət strukturlarına öz qeyri-profilli aktivlərini müvafiq qurumlara verməyi tövsiyə edir. Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov Parlamentin Mədəniyyət, Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2012-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

"Hesab edirəm ki, ARDNŞ-nin onun balansında olan tibb müəssisələrini Səhiyyə Nazirliyinə verməsi ilə bağlı qərarı vacib və düzgün addımdır", - Şərifov bildirib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin qeyri-profilli aktivlərdən imtinasını "maraqlar münaqişəsi yaratmaq" istəyinin olmaması və "Dövlət Neft Şirkətinin işçilərinin sığorta şirkətlərində sərbəst sığorta olunması və ölkənin tibb müəssisələrində xidmət göstərilməsi" ilə izah edib.

Xəbər lenti

Xəbər lenti