...

Mahaçqalada Azərbaycan-Şimalı Qafqaz biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2011 17:20 (UTC +04:00)
Noyabrın 25-də Mahaçqalada İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Şimali Qafqaz regionu - Azərbaycan biznes forumunun təşkili nəzərdə tutulur.
Mahaçqalada Azərbaycan-Şimalı Qafqaz biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir N.İsmayılova/

Noyabrın 25-də Mahaçqalada İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Şimali Qafqaz regionu - Azərbaycan biznes forumunun təşkili nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AZPROMO-nun saytında yerləşdirilən məlumatda deyilir.

Tədbir Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə keçiriləcək. Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Əlavə məlumat əldə etmək üçün, eləcə də biznes forumda iştirak etmək istəyənlər AZPROMO-ya müraciət edə bilərlər. Əlaqəli şəxs: Fərid Nuriyev ([email protected], tel.: (012) 598-01-47/48 (daxili 122), faks: (012) 598-01-52.

Cari il oktyabrın əvvəlində Rusiya Baş nazirinin müavini, RF Prezidentin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Nümayəndə heyətinin tərkibində Rusiya Federasiyasının İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov, Kabardin-Balkar Respublikasının Prezidenti Arsen Kanokov, Şimali Osetiya-Alaniya Respublikasının başçısı Taymuraz Mamsurov, Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov da olublar.

Səfər çərçivəsində Qaraçay-Çərkəz, Dağıstan və İnquşetiya ilə əməkdaşlıq haqqında strateji saziş imzalanıb.

Səfər zamanı ilk dəfə olaraq, Şimali Qafqaz regionunun investisiya imkanlarının təqdimatı keçirilib. İnquşetiya iri layihələrin həyata keçirilməsi üçün Azərbaycana dövlət təminatlarını təqdim etməyə hazır olduğunu bildirib. İnquşetiya Azərbaycana turizmin inkişafı, aqrar sənayesi kompleksi üzrə bir sıra sərfəli təkliflər təqdim edib.

Xəbər lenti

Xəbər lenti