...

Azərbaycanda uşaq bağçalarının iş formatına yenidən baxılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2011 18:38 (UTC +04:00)
Azərbaycanda uşaq bağçalarının iş formatına yenidən baxılır.
Azərbaycanda uşaq bağçalarının iş formatına yenidən baxılır

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda uşaq bağçalarının iş formatına yenidən baxılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı parlamentin Mədəniyyət, Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin "2012-ci ilin dövlət büdcəsi" layihəsinə həsr olunmuş birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

"Sovet dövründə valideynlər uşaqlarını uşaq bağçalarına verirdilər. Belə ki, onların hamısı işlə təmin edilmişdi və dövlət bu yükü öz üzərinə götürmüşdü. Bu gün, məsələn, Skandinaviya ölkələrində dövlət uşaq bağçalarının xərclərinin ancaq bəzi hissəsini maliyyələşdirir. Bu gün Azərbaycanda uşaq bağçalarının əsas problemi ərzaq məhsullarına çəkilən xərclərdir", - Şərifov bildirib.

Onun sözlərinə görə, məktəbəqədər təhsilin inkişafı zamanı uşaq bağçalarına ehtiyac tamamilə aradan qalxa bilər.

"Uşaq bağçasının yerinə uşaqlar iki il ərzində həftədə üç dəfə olmaqla 2-3 saat məktəbə gedəcəklər. Bu zaman ərzaq məhsullarının əldə edilməsinə xərclərin çəkilməsinə və s. ehtiyac aradan qalxacaq. Kəndlərdə buna belə kəskin ehtiyac yoxdur, şəhərlərdə vəziyyət başqadır və bu, başqa yanaşma tələb edir", - Şərifov deyib.

Nazirin sözlərinə görə, hazırda bu məsələyə ölkə Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən baxılır.

Xəbər lenti

Xəbər lenti