Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkədə 2 və 3 manat nominallı banknotların dövriyyəyə buraxılması üzrə təklifin Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsinin müzakirəsinə çıxarılmasına hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı parlamentin Mədəniyyət, Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin "2012-ci ilin dövlət büdcəsi" layihəsinə həsr olunmuş birgə iclasında millət vəkili Samir Şərifov müfaviq təkliflə çıxış edib.
"Mən Pul Komitəsinin üzvü kimi komitənin növbəti iclasında bu təklifi müzakirəyə çıxaracağam", - Şərifov deyib.
Əvvəl AMB 100 manatdan çox nominallı bankomatların buraxılması ideyasını səsləndirrmişdi.
Noyabrın 17-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.