...

Bakı Metropoliteni "Məşədi Əzizbəyov" stansiyasını vaxtında istismara verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2011 16:20 (UTC +04:00)
Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyası nəzərdə tutulmuş müddətdə istismara veriləcək.
Bakı Metropoliteni "Məşədi Əzizbəyov" stansiyasını vaxtında istismara verəcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyası nəzərdə tutulmuş müddətdə istismara veriləcək. Bu barədə Trend-ə cümə axşamı Bakı Metropolitenindən məlumat verilib.

"Planlaşdırıldığı kimi, stansiya təmirdən sonra ilin sonunadək istismara veriləcək", - mənbə deyib.

Onun sözlərinə görə, hazırda stansiyada yenidənqurma işləri intensiv sürətlə aparılır.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hazırda 23 stansiyası var.

Bu işlər Bakı Metropoliteninin 20 illik inkişaf proqramı çərçivəsində aparılır. Həmin uzunmüddətli inkişaf sxeminə əsasən, gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 5 xətdən - hazırkı 2 xətt və yeni 3 xətt - və uzunluğu 119 km olan metro xəttində yerləşən 76 stansiyadan ibarət olacaq. Yəni proqram 53 yeni stansiya və 84,3 km metro yolunun tikilməsini nəzərdə tutur. Yeni stansiyaların tikintisi zamanı yer seçimində inteqrasiya məsələləri və digər sərnişin nəqliyyatı növlərinin çoxfunksionallı nəqliyyat kompleksi ilə uyğunlaşması da nəzərə alınıb.

Xəbər lenti

Xəbər lenti