...

Satış üzrə MDB-də ən yaxşı biznes trener ilk dəfə Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2011 11:38 (UTC +04:00)
Son 5 ildə HR direktorlar arasında keçirilən sorğular nəticəsində MDB-də satış üzrə ən yaxşı biznes trener seçilən Radmilo Lukiç ilk dəfə olaraq Bakıya gələcək.
Satış üzrə MDB-də ən yaxşı biznes trener ilk dəfə Bakıya gələcək

Azərbaycan, Bakı, 6 dekabr / Trend/

Son 5 ildə HR direktorlar arasında keçirilən sorğular nəticəsində MDB-də satış üzrə ən yaxşı biznes trener seçilən Radmilo Lukiç ilk dəfə olaraq Bakıya gələcək. Trend-in məlumatına görə, bu barədə "Successful Strategies" şirkətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

14-15 dekabr 2011-ci il tarixlərində Bakıda Radmilo Lukiç "Satış şöbəsinin səmərəli idarə olunması" və "Effektiv satışlar sistemi" mövzularında master klaslar keçirəcək.

Tədbirin əsas şüarı: - "Satış üzrə müdirlər və Satıcılar - 2012-ci ili tam hazırlıqlı qarşılayaq!"

2012-ci il ərəfəsində hər bir şirkət rəhbəri düşünür ki, necə etsin ki içərisində effektiv planlaşdırma, satışların proqnozlaşdırılması, satıcıların motivasiya olunması və bir çox uğurlu şirkətlərin istifadə etdikləri biznes alətləri olan bir zərf əldə etsin.

Teninqin təşkilatçıları qeyd edirlər ki, təlim kurslarının nəticəsində Satış üzrə direktorlarda bir çox yeni ideyalar yaranacaq, və onlar satışların proqnozlaşdırılması və satıcıların motivə olunması metodları haqqında əlavə məlumat əldə edəcəklər. Satıcılar isə sistemləşdirilmiş praktiki biliklər əldə edəcəklər ki, bu da onları daha təcrübəli edəcək və özlərinə olan inamı artıracaqdır.

Master klaslar "Successful Strategies" şirkəti tərəfindən təşkil olunacaq.

Master klaslar yüksək intensiv rejimdə saat 9:00-dan 19:00-a kimi keçiriləcək.

"Successful Strategies" şirkətinə müraciət edərək qeydiyyatdan keçənlər materialların tam paketini əldə edəcəklər.

Müraciət üçün telefonlar: (994 12) 430 17 86, 437 58 50, (994 50) 244 40 58,
Email: [email protected]

Xəbər lenti

Xəbər lenti