Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə maliyyələşdirmənin güzəştli istiqaməti 2012-ci ildə aqrar sektorun inkişafı olaraq qalacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı fondun icraçı direktoru Şirzad Abdullayev jurnalistlərə deyib.
"Biz artıq bu sahədə gələn il reallaşdırılacaq konkret layihələri müzakirə etmişik, Bunlar, ilk növbədə, heyvandarlıq komplekslərinin, süd və ət istehsalı müəssisələrinin, emal müəssisələrinin, ixrac yönümlü maşınqayırma müəssisələrinin yaradılması üzrə layihələrdir", - Abdullayev deyib.
Onun sözlərinə görə, fond 2012-ci ildə eləcə də aztəminatlı ailələrin, qaçqınların və məcburi köçkünlərin dəstəklənməsinə yönəlmiş kiçik layihələrin maliyyələşdirilməsinə diqqət ayıracaq.
"Gələn il Bakı qəsəbələrinin inkişafına yönəlmiş layihələrin güzəştli maliyyələşdirilməsi davam etdiriləcək. Əgər 2011-ci ildə buna maliyyələşdirmənin ümumi həcmindən 25 faizdən bir az çox yönəldilmişdisə, gələn il bu sürətin saxlanacağı gözlənilir. Bu layihələrin xüsusi çəkisinin artacağı da gözlənilir", - Abdullayev deyib.
SKMF 1992-ci ildə yaradılıb. Ümumilikdə, 2006-2011-ci illərdə SKMF dövlət büdcəsindən sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsinə 453,1 milyon manat ayırıb.
Dekabrın 15-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.