...

"Kapital Bank" kart sahiblərinin məlumatlarının mühafizəsi səviyyəsini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2011 17:37 (UTC +04:00)
"Kapital Bank" ASC ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS V2.0 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verməsi üzrə sertifikasiyanı uğurla başa çatdırıb.
"Kapital Bank" kart sahiblərinin məlumatlarının mühafizəsi səviyyəsini artırır

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Dekabrın 12-də "Kapital Bank" ASC ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS V2.0 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verməsi üzrə sertifikasiyanı uğurla başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Audit yoxlamaları ödəniş kartları sahəsində təhlükəsizliyin təmin olunması üzrə ixtisaslaşmış və PCI QSA statuslu olan "EVRAAS IT" QSC şirkəti tərəfindən aparılıb. "EVRAAS IT" şirkəti PCI DSS üzrə sertifikasiyanı Visa, MasterCard, American Express, Discover və JCB ödəniş sistemlərinin tələblərinə uyğun şəkildə həyata keçirir.

PCI DSS V2.0 standartları kart məlumatlarının təhlükəsizliyini daha yüksək səviyyədə təmin etmək məqsədilə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti