...

BMK Azərbaycan üçün korporativ idarəetmənin qiymətləndirilməsi metodologiyasını hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2011 12:52 (UTC +04:00)
Azərbaycanda korporativ idarəetmənin qiymətləndirmə metodologiyasının hazırlanması başa çatır.
BMK Azərbaycan üçün korporativ idarəetmənin qiymətləndirilməsi metodologiyasını hazırlayıb

Azərbaycan, Bakı, 21 dekabr / Trend, müxbir N.İsmayılova /

Azərbaycanda korporativ idarəetmənin qiymətləndirilməsi metodologiyasının hazırlanması başa çatır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun rəhbəri Anar Hacızadə "Azərbaycanda korporativ idarəetmə üzrə qiymətləndirmə alətinin hazırlanması" mövzusunda keçirilən seminarda deyib.

Seminar Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) və İİN-in təşkilatçılığı ilə keçirilir.

"Əvvəllər Azərbaycanda metodologiyanın hazırlanması zamanı tətbiqin başlanması məqsədi ilə korporativ iadrəetmə standartları təsdiqlənib", - Hacızadə deyib.

Sənəd şirkətlərdə korporativ idarəetmə və qiymətləndirilmənin keçirilməsi meyarlarını və qiymətləndirmə metodlarını nəzərdə tutur. Sənədin hazırlanmasında Korporativ İdarəetmə Qlobal Forumunun tövsiyələri nəzərə alınıb.

"Bu metodologiyanın tətbiqi bir çox ölkələrdə korporativ idarəetmə sahəsində qabaqcıl təcrübənin tətbiqində mühüm rol oynayıb. Onun Azərbaycanda tətbiqi ölkədə biznes mühitini yaxşılaşdıracaq", - özəl sektor üzrə Korporativ İdarəetmə Qlobal Forumunun məsləhət xidmətləri qrupunun sədr müavini Kristian Ştrenger bildirib.

1995-ci ildən BMK Azərbaycana 139 milyon dollar həcmində sərmayə yatırıb. BMK bu layihəni SECO-nun maliyyə dəstəyi ilə korporativ iadrəetmənin qiymətləndirilməsi layihəsi çərçivəsində həyata keçirir.

Xəbər lenti

Xəbər lenti