...

Azərbaycanda vergi ödəyicilərinin ünvanlı xidməti tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2011 16:01 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda vergi ödəyicilərinə göstərilən ünvanlı xidmətin tətbiqinə kömək edəcək.
Azərbaycanda vergi ödəyicilərinin ünvanlı xidməti tətbiq ediləcək

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir R.Məmmədov/

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda vergi ödəyicilərinə göstərilən ünvanlı xidmətin tətbiqinə kömək edəcək ki, bu da Azərbaycanda rəqabət və ticarət layihəsinin prioritet istiqamətlərindən biridir. Bu barədə çərşənbə günü Vergilər Nazirliyinin məlumatında deyilir.

Layihə USAID-in texniki dəstəyi ilə həyata keçirilir.

Layihənin ətraflı müzakirəsi nazirlikdə keçirilib. Müzakirələr zamanı vergilər nazirinin müavini Natiq Əmirov ölkədə son vaxtlar keçirilən islahatlar və bu sahədə əldə edilən uğurlar, eləcə də elektron hökumətin hazırlanması istiqamətində inkişafın yeni səviyyəsinə keçid barədə məlumat verib.

USAID layihəsinin rəhbəri Melani Şults Vergilər Nazirliyi ilə əməkdaşlıqdan məmnun qaldığını bildirib və bəyan edib ki, layihənin əsas məqsədi Azərbaycanın qeyri-neft sektorunun inkişafına dəstəkdir. Həmçinin, qeyd edilib ki, layihənin həyata keçirilməsinə ən yaxşı mütəxəssislər cəlb ediləcək.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti