...

Azərbaycan və İran yeni aviareysin açılışı barədə danışıqlar aparırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2011 12:00 (UTC +04:00)
Həftə ərzində Azərbaycan və İran tərəfləri arasında Təbriz-Bakı-Təbriz marşrutu üzrə birbaşa aviareysin açılışı ilə bağlı aparılan danışıqların nəticələri məlum olacaq.
Azərbaycan və İran yeni aviareysin açılışı barədə danışıqlar aparırlar

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbirlər T.Cəfərov, E.İsmayılov/

Həftə ərzində Azərbaycan və İran tərəfləri arasında Təbriz-Bakı-Təbriz marşrutu üzrə birbaşa aviareysin açılışı ilə bağlı aparılan danışıqların nəticələri məlum olacaq. Bu barədə bazar ertəsi Trend-ə yeni aviareysin açılışını planlaşdıran Kish Air şirkətinin Təbriz nümayəndəliyindən deyiblər.

Məlumata görə, hazırda yeni reysin açılması ilə əlaqədar Azərbaycan tərəfi ilə danışıqlar aparılır.

Bazar ertəsi Azərbaycanın iri turizm agentliklərindən biri olan SW Travel-dən Trend-ə verilən məlumata görə, hazırda Bakıdan Təbrizə uçuş yalnız Tehran vasitəsilə mümkündür.

Xəbər lenti

Xəbər lenti