...

Azərbaycanda ünvanlı sosial yardım alanlar üçün SMS-bildiriş tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2011 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend müxbir A.Axundov/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-ci ildə ünvanlı sosial yardım (ÜSY) alanlar üçün onların hesabına məbləğın köçürülməsi üzrə SMS-bildiriş tətbiq etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbərinin müavini Elnur Kələntərli deyib.

"Nazirliyə müavinət və sosial yardımların vaxtında ödənilməməsi haqqında şikayətlər daxil olur. Bunun səbəbi həm nazirliyin əməkdaşlarının səhvi, həm də müəyyən maliyyə prosesləridir. Bu, informasiya texnologiyalarının tətbiq edilməsi yolu ilə həll ediləcək texniki məsələlərdir", - Kələntərli bildirib.

Onun sözlərinə görə, bundan başqa, nazirlik müraciət və şikayətlərin qəbulu prosesini tamamilə avtomatlaşdırmağı planlaşdırır.

"Əhali və məmurlar arasında birbaşa əlaqələrin minimuma endirilməsi üçün yerlərdə bu prosesi tamamilə avtomatlaşdırmaq lazımdır. Digər tərəfdən, təbii ki, ehtiyac yaranarsa, ayrı-ayrı hadisələr yerlərdə öyrəniləcək" , - Kələntərli qeyd edib.

Daha əvvəl nazir Füzuli Ələkbərovun dediyinə görə, bu gün vətəndaşların elektron müraciətlərinin qəbulu sistemi iki pilot rayonda işləyir, 2012-ci il yanvarın 1-dən isə bütün ölkə üzrə sistemin tətbiqinə başlanacaq.

Vətəndaşlar və məmurlar arasında şəxsi əlaqələri minimuma endirmək və qərarın qəbulu zamanı subyektiv amilləri aradan qaldırılmaq məqsədilə vətəndaş müraciətlərinin (poçt və elektron variantda) alternativ mexanizminin fəaliyyətinin təsirinin yoxlanılması hazırda Balakən və Cəlilabad rayonlarında həyata keçirilir.

Azərbaycan 2006-cı ildən ÜSY sisteminə keçib. ÜSY-nin həcmi ehtiyac meyarı və ailənin bir üzvünə düşən gəlirin həcmi arasındakı fərqdən çıxış edilərək müəyyənləşdirilir.

2011-ci ildən Azərbaycanda ehtiyac meyarı 15,4 faiz artırılaraq 75 manata çatdırılıb. 2012-ci ildə isə bu göstərici 84 manat təşkil edəcək.

Dekabrın 26-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir

Xəbər lenti

Xəbər lenti