...

Azərbaycandan Rumıniyaya metanol satışı 2,5 dəfə azalıb

İqtisadiyyat Materials 9 İyun 2025 10:57 (UTC +04:00)
Azərbaycandan Rumıniyaya metanol satışı 2,5 dəfə azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 4,15 min ton metanol (metil spirti) ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda metanol ixracından əldə olunan gəlir 1,35 milyon ABŞ dolları olub.

Rumıniyaya metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 6,2 min ton və ya 2,5 dəfə, dəyər ifadəsi ilə 700 min ABŞ dolları, yaxud da 34,1% azalıb.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan Rumıniyaya 10,35 min ton miqdarında, 2,05 milyon ABŞ dolları dəyərində metanol ixrac olunmuşdu.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 90,7 min ton metanol (metil spirti) ixrac edilib. Bu miqdarda metanol ixracından əldə olunan gəlirin həcmi 28,2 milyon ABŞ dolları olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan İsrailə, Türkiyəyə, Bolqarıstana, Rumıniyaya, Cəbəllütariqə, İtaliyaya, Sloveniyaya, Yunanıstana metanol ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti