...

Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi

Cəmiyyət Materials 9 İyun 2025 10:24 (UTC +04:00)
Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Naxçıvanda qanunsuz hərbi forma daşıyan şəxs barəsində tətbiq edilən inzibati xəta haqqında protokol təsdiq edilib.

Trend-in məlumatına görə, hadisə Ordubad Rayonu, Xurs kəndi ərazisində baş verib.

Təqsirləndirilən şəxsin izahatından görünür ki, qanunsuz daşıdığı hərbi geyimdə olarkən Xurs kəndi, Dərə adlanan yerdə polis sahə rəisi onu görüb və barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Şəxs həmi izahatı imzalayaraq inzibati xətanı törətdiyini qəbul edib.

Ordubad rayon Məhkəməsinin qərarı ilə şəxs İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olan hərbi geyim forması müsadirə edilib. O, 300 manat məbləğində inzibati cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti