Bakı.Trend:
Ötən gün Millətlər Liqasının final matçında (Portuqaliya – İspaniya) bədbəxt hadisə yaşanıb. Futbol azarkeşi tribunanın ikinci mərtəbəsindən mətbuat üçün ayrılmış zonaya yıxılaraq həyatını itirib.
Trend xəbər verir ki, bu barədə CNN telekanlı UEFA-ya istinadən məlumat yayıb.
İnsident matçın əlavə olunmuş vaxtının birinci hissəsində yaşanıb. Baş verənlərdən sonra ərazi mühafizəçilər və polis tərəfindən mühasirəyə alınıb.
İspaniyanın baş məşqçisi Luis de la Fuente matçdan sonra keçirilən mətbuat konfransında həlak olmuş azarkeşin ailəsinə başsağlığı verib.