...

Ötən 2 gündə 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Hadisə Materials 9 İyun 2025 13:15 (UTC +04:00)
Ötən 2 gündə 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 7-də və 8-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitələr Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr– 11,9 kiloqrama yaxın heroin, 21,9 kiloqramdan çox marixuana, 141 qram metamfetamin olub.

Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 11,4 ton çəkidə 54000 ədəd çətənə kolu isə məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti