Bakı. Trend:
“Real” “Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo Anqissanı transfer etməyi planlaşdırır.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı futbolçu üçün artıq hərəkətə keçib.
Məlumata görə, “Kral klubu” kamerunlunun keçidini bu yay reallaşdırmaq niyyətindədir. Kamerun millisinin də aparıcı üzvü olan Anqissa “Marsel”, “Fulehm”, “Vilyarreal”də oynadıqdan sonra 2021-ci ildə “Napoli”yə keçib.
Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Neapol futbolçusu üçün 30 milyon avro tələb edir.