Bakı. Trend:
Türkiyənin “Kayserispor” klubunda baş məşqçi Sergey Yakiroviç ilə yollar ayrılıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Kayserispor” Superliqada mövsümü 13-cü sırada bitirib. 43 yaşlı Yakiroviç 2025-ci ilin yanvarından bu komandanı çalışdırırdı.