...

Yeniyetmə badmintonçularımız Venesuelada 3 qızıl medal qazanıb

İdman Materials 9 İyun 2025 12:01 (UTC +04:00)
Yeniyetmə badmintonçularımız Venesuelada 3 qızıl medal qazanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Yeniyetmə badmintonçularımız Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıb.

Trend xəbər verir ki, oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də turnirin qalibi olub.

Yeniyetmə badmintonçularımız daha bir qızıl medalı qarışıq qoşa kateqoriyasında qazanıb. Ülvi Hüseynov – Leyla Camalzadə tandemi müvafiq kateqoriya üzrə yarışı ilk sırada başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti