Bakı. Trend:
Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyrek müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Nazir qeyd edib ki, baş vermiş bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilən və bir müddət müalicə alan Manisa Böyükşəhər Bələdiyyəsinin sədri həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ferdi Zeyrek bir müddət əvvəl evində elektrik cərəyanı vurması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.