Bakı. Trend:
İtaliyanın “İnter” komandasının yeni baş məşqçisi məlum olub.
Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytında məlum verilib.
Məlumata əsasən, bu vəzifəyə Kristian Kivu gətirilib.
Rumın mütəxəssislə 2027-ci ilin yayınadak müqavilə imzalanıb. O, son olaraq “Parma”da işləyib.