...

Azərbaycandan İsrailə ixrac edilən metanolun qiyməti 75%-ə yaxın bahalaşıb

İqtisadiyyat Materials 9 İyun 2025 12:16 (UTC +04:00)
Azərbaycandan İsrailə ixrac edilən metanolun qiyməti 75%-ə yaxın bahalaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan İsrailə 12,4 min ton metanol (metil spirti) ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda metanol ixracından əldə olunan gəlir 4 milyon ABŞ dolları olub.

İsrailə metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar ifadəsi ilə 10,3 min ton və ya 45,4%, dəyər ifadəsi ilə 272 min ABŞ dolları, yaxud da 6,3% azalıb.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan İsrailə 22,7 min ton miqdarında, 4,3 milyon ABŞ dolları dəyərində metanol ixrac olunmuşdu.

Hesabat dövründə İsrailə satılmış metanolun bir tonu üçün orta qiyməti 325 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 138,4 dollar və ya 74,2% bahadır. Ötən ilin müvafiq dövründə bu qiymət 186,6 ABŞ dolları idi.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 90,7 min ton metanol (metil spirti) ixrac edilib. Bu miqdarda metanol ixracından əldə olunan gəlirin həcmi 28,2 milyon ABŞ dolları olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan İsrailə, Türkiyəyə, Bolqarıstana, Rumıniyaya, Cəbəllütariqə, İtaliyaya, Sloveniyaya, Yunanıstana metanol ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti