Bakı. Trend:
Qırğızıstanın prezidenti Sadır Japarov ölkədə seçkilər zamanı onlayn-səsvermənin tətbiqini nəzərdə tutan qanun imzalayıb.
Trend xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Qanuna görə seçkilər zamanı distant, rəqəmsal səsvermə tətbiq oluna bilər. Distant, elektron səsvermənin tətbiqi haqda qərar seçkilər təyin olunduğu halda qəbul olunur”,- məlumatda qeyd olunur.
Bundan əlavə, yeni qanuna əsasən, milli parlament tək-mandatlı seçki dairələrində keçiriləcək səsvermənin nəticələrinə görə formalaşacaq.