...

Bakıda çörək müəssisəsində istehsal dayandırılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2011 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 9 ünvanında fəaliyyət göstərən fiziki şəxs Eldar Yaqubova məxsus müəssisədə dövlət nəzarəti həyata keçirilib.

Komitədən bazar ertəsi Trend-ə verilən məlumata görə, araşdırma zamanı müəssisədə texnoloji sənədlər, o cümlədən uyğunluq sertifikatı olmadan çovdar unundan hazırlanan çörəklərin istehsalı, hazır məhsulların sınağının aparılmadığı, istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, o cümlədən məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin olmadığı müəyyən olunub.

Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisədə məhsul istehsalı qadağan edilib.

Xəbər lenti

Xəbər lenti