Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir E.İsmayılov/
Azərbaycanda sərnişinlər Dövlət Gömrük Komitəsinin saytında gömrük bəyannamələrinin elektron formada doldurulması imkanı əldə ediblər. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları" milli aviaşirkətinin məlumatında deyilir.
Sərnişinlər Komitənin www.customs.gov.az rəsmi internet saytında "e-Gömrük Xidmətləri" menyusunun "Fiziki şəxslər üçün gömrük bəyannaməsi" moduluna daxil olaraq, əvvəlcədən doldurulmuş və çap edilmiş sərnişin bəyannaməsini gömrük orqanına təqdim etməklə, gömrük postlarında öz sürətli keçidlərini təmin etmiş olacaqlar.
Bununla yanaşı, Heydər Əliyev Beynəlxalq Hava Limanının gəliş-gediş zallarında sərnişinlər tərəfindən elektron bəyannamənin rəsmiləşdirilməsi prosesinin həyata keçirilməsi üçün "məlumat köşkləri" yerləşdirilib.