...

İyulun 1-dən Azərbaycanda icbari sığorta işi üzrə tələblər sərtləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2012 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar / Trend müxbir A.Axundov/

2012-ci il iyulun birindən Azərbaycanda sığortanın icbari növləri üzrə işlər üçün sığorta şirkətlərinə əlavə tələblər qüvvəyə minəcək.

Həmin tələblərə görə, işğal olunmuş ərazilər istisna olmaqla, ölkənin 10 iqtisadi rayonunun heç olmazsa, rayon və ya şəhərlərinin birində sığortaçı zərərin ödənilməsi üçün lazım olan bütün imkanlara malik filial və ya nümayəndəliyə malik olmalıdır.

Filial və nümayəndəliklər aşağıdakı iqtisadi rayonlarda yaradılmalıdır: Abşeron, Aran, Dağlıq-Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Naxçıvan, Kəlbəcər-Laçın, Şəki-Zaqatala və Dağlıq Qarabağ.

Sığortaçı öz rəsmi internet səhifəsində filial və nümayəndəlikləri haqqında məlumatların, habelə onların ünvan və telefon nömrələrinin yerləşdirilməsini təmin etməlidir.

Sığorta şirkətləri "İcbari sığortalar haqqında" qanunun tətbiqinə 2011-ci il dekabrın 16-dan başlayıblar.

Qanun icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

Azərbaycanda 29 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti