Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir N.İsmayılova/
Bakı Fond Birjasında (BFB) "Qafqaz İnkişaf Bankı" ASC-nin 3 milyon manat həcmində imtiyazlı, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü BFB-nin məlumatında deyilir.
Məlumata əsasən, birjaya bankın səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət daxil olub. Yerləşdirmə yanvarın 12-də baş tutacaq.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 manat olan 3 milyon ədəd səhm buraxılacaq. Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edəcək.
"Qafqaz İnkişaf Bankı" ASC 1996-cı il aprelin 23-də yaradılıb. ASC Azərbaycanda fəaliyyət göstərən banklardan Gürcüstanda filial açan ilk bank olub.
Yanvarın 11-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.